İngiltərənin "Mançester Yunayted" futbol klubu yeni stadionun tikintisi istiqamətində mühüm addım atıb. Mançester təmsilçisi yeni arena üçün torpaq sahəsi əldə edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamaya görə, klub hazırkı stadionu "Old Trafford"dan təxminən 350 metr şimal-qərbdə yerləşən 25 akr (təxminən 10 hektar) ərazini öz mülkiyyətinə keçirib. Yeni layihəyə əsasən inşa ediləcək stadionun tutumu 100.000 nəfərlik olacaq.

Qeyd edək ki, klubun hazırkı arenası olan "Old Trafford" 1910-cu ildə açılıb və 74.000-dən bir qədər çox azarkeş tutumuna malikdir. Bu tarixi stadion 1966-cı il dünya çempionatı, 1996-cı il Avropa çempionatı və "Milan"ın "Yuventus"u məğlub etdiyi 2003-cü il Çempionlar Liqasının final oyununa ev sahibliyi edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest