22 İyun 2026, 16:15
FUTBOL
"Barselona"nın qapıçısı İnyaki Penya karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, Atina təmsilçisi "Panatinaikos" 27 yaşlı qolkiperin transferini bitirmək üzrədir.
Yunanıstan klubu bu keçid üçün Kataloniya təmsilçisinə təxminən 3 milyon avro təzminat ödəyəcək. İspaniyalı qapıçının yeni klubu ilə "3+1" illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Penya ötən mövsümü icarə əsasında "Elçe"də keçirib. O, La Liqada meydana çıxdığı 16 oyunda qapısında 28 qol görüb və 4 qarşılaşmada qol buraxmayıb.













