Çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

Millimiz B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq. A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar.

Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest