Kriştiano Ronaldo dünya çempionatları tarixində pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu 1/16 finalda Xorvatiyaya qarşı keçirilən oyunun 68-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

O, bu nailiyyətə 41 yaş 147 günlüyündə imza atıb. Ulduz futbolçu bununla da milli komandadakı keçmiş komanda yoldaşına məxsus rekordu qırıb. Pepe DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə oyunda qol vurarkən 39 yaş 283 günlüyündə idi.

Dünya çempionatları tarixinin mütləq rekordçusu isə Roje Milladır. Kamerunlu hücumçu 42 yaş 39 günlüyündə qol vurmağı bacarsa da, bu hadisə qrup mərhələsində qeydə alınıb.

Qeyd edək ki, Portuqaliya millisi Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib, komandanın qələbə qolunu isə əlavə vaxtda Qonçalu Ramos vurub. Portuqaliya 1/8 finalda İspaniya ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest