Almaniya millisi Yulian Naqelsmanı baş məşqçi vəzifəsindən kənarlaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, Yurgen Klopp Naqelsmanın gedişindən sonra Almaniya yığmasına rəhbərlik etməyə müsbət yanaşır.

38 yaşlı Naqelsman 2023-cü ildən bəri komandaya rəhbərlik edirdi və onun müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.

Almaniya yığması 2026-cı il dünya çempionatını 1/16 final mərhələsində tərk edib. Komanda sensasiyalı şəkildə Paraqvaya uduzub və buna görə kütləvi tənqidlərə məruz qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest