Xorvatiya millisinin Portuqaliyaya qarşı keçirdiyi dünya çempionatının 1/16 final matçında ləğv edilən qolu düzgün qərardır, çünki ofsayd topun daxilinə yerləşdirilmiş xüsusi datçik vasitəsilə qeydə alınıb.

Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.

"Dünya çempionatının rəsmi topuna daxil edilmiş "Connected Ball" texnologiyasının təqdim etdiyi məlumatlara əsasən sübut olunub ki, Xorvatiya millisinin oyunçusu İqor Matanoviç qoldan əvvəl topla təmasda olub. Bu isə hakimə ofsaydı düzgün müəyyənləşdirməyə və qolu ləğv etməyə imkan verib. Topun daxilində yerləşdirilən datçiklər ən kiçik toxunuşu belə müəyyən etmək qabiliyyətinə malikdir. Bu, hakimlərə tez və dəqiq qərarlar qəbul etmək üçün görünməmiş həcmdə məlumat ötürür", - deyə qurumun bəyanatında bildirilir.

Xorvatiya yığmasının Portuqaliya komandasına 1:2 hesabı ilə uduzub. İkinci hissəyə əlavə olunmuş 13-cü dəqiqədə Yoşko Qvardiol qol vursa da, bu top ofsayd səbəbindən ləğv edilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest