"İlk növbədə azarkeşlərimizə demək istəyirəm ki, bu stadion bizim üçün çox şey ifadə edir".

Sabahkı oyunu səbirsizliklə və həyəcanla gözləyirik. Əla kollektivə qarşı oynayacağıq, lakin biz də yaxşı komandayıq. İnanıram ki, həm bizim, həm azarkeşlərimiz üçün böyük bir matç olacaq.

Matc.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Olduqca həyəcanlı və həvəsli olduqlarını bildirən futbolçu azarkeş dəstəyinin vacibliyini vurğulayıb: “İlk növbədə azarkeşlərimizə demək istəyirəm ki, bu stadion bizim üçün çox şey ifadə edir. Möhtəşən atmosfer gözləyirik. Son bir ildə göstərdiyimiz hücum futbolunu nümayiş etdirmək, qollar vurub, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Velko Simiç üzərində hər hansı təzyiq hissi olmadığını və əsas hədəfin komandanın qələbəsi olduğunu deyib: “Üzərimdə heç bir təzyiq yoxdur, əksinə motivasiya var. Komandaya qollarla kömək etmək xoşdur, amma əsas hədəfim bu deyil. Əsas məqsədim yüksək səviyyədə oynamaq, bəzən qolla, bəzən məhsuldar ötürmə ilə komandaya fayda vermək və ən başlıcası, komanda olaraq qələbə qazanmaqdır”.

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest