"Rosario Sentral" klubunun və Kolumbiya millisinin hücumameyilli yarımmüdafiəçisi Xaminton Kampas ölüm hədələri səbəbindən vətəninə qayıtmaqdan qorxur.

Matc.az xəbər verir ki, bu barədə "Fox Sports" telekanalı məlumat yayıb.

Bildirilir ki, Kolumbiya seçməsi 2026-cı il dünya çempionatının 1/8 finalında İsveçrəyə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb. Əlavə vaxtın sonunda Kampas komandasına qələbə qazandırmaq üçün yaxşı şans yaxalasa da, zərbəsi qapının üzərindən keçib.

Bu uğursuzluqdan sonra o və ailə üzvləri ölüm hədələri almağa başlayıblar. Təhdidlər səbəbindən Kampas komanda ilə birlikdə Kolumbiyaya uçmayıb və evə dönməyə qorxur.

Xatırladaq ki, bu, Kolumbiyada ilk belə hadisə deyil. 1994-cü ildə milli komandanın müdafiəçisi Andres Eskobar ABŞ-a qarşı keçirilən dünya çempionatı matçında öz qapısına qol vurduqdan sonra Medelyində qətlə yetirilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest