Fransa millisinin və İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Manu Kone "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, "mankunianlar"ın nümayəndələri 25 yaşlı fransızın transferi imkanları ilə bağlı artıq Roma klubuna sorğu göndəriblər.

Bununla belə, Mançester klubu yarımmüdafiəçini transfer etmək istəyən yeganə tərəf deyil. Rəhbərlik bu oyunçu ilə bağlı digər klublardan da bir neçə zəng alıb.

Qeyd edək ki, Kone 2025/2026 mövsümündə "canavarlar"ın forması ilə 37 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Eyni zamanda yarımmüdafiəçi Fransa millisinin üzvüdür və yığmanın heyətində 18 matçda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest