İspaniya millisinin hücumçusu Mikel Oyarsabal dünya çempionatının yarımfinalında Fransa yığmasının qapısına yol taparaq "Qırmızı furiya"nın heyətində tarixi rekordu təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Sifroskop" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, bu, futbolçunun cari dünya çempionatında 5-ci qolu olub və bununla da o, İspaniya oyunçuları üçün bir dünya birinciliyi çərçivəsində bombardirlik rekordunu təkrarlayıb.
Bundan əvvəl bir dünya çempionatında İspaniya millisinin heyətində 5 qolu 1986-cı ildə Emilio Butragenyo və 2010-cu ildə David Vilya vurmağı bacarıb.
Yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya millisi finala adını finala yazdırıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksika ərazisində keçirilir. Final matçı ABŞ-nin İst-Raterford şəhərində baş tutacaq. Titulun son sahibi isə Argentina millisidir.













