"Sentro Sportivo Alagoano" klubunun gənclər komandasının futbolçusu Mikael Leandro da Silva Braziliyanın Maseyo şəhərində yoldaşlıq oyunu zamanı baş verən atışma nəticəsində həlak olub.

Matc.az xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb.

Bildirilir ki, əvvəllər "San-Paulu"nun gənclər komandasında çıxış etmiş 15 yaşlı idmançı xəstəxanada dünyasını dəyişib.

Atışmanın narkotik ticarəti ilə məşğul olan yerli qruplaşmaların davası səbəbindən baş verdiyi qeyd olunur. Hadisə zamanı daha bir neçə nəfər xəsarət də alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest