"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı səfərdə keçirdiyi cavab oyununda zədələnən futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı səfərdə keçirdiyi cavab oyununda zədələnən futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Sofiyadakı həlledici matçın gedişində xəsarət alan isveçli hücumçunun tibbi müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Qeyd olunan zədə səbəbindən 26 yaşlı forvardın təxminən 8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu yay komandaya qoşulan və debüt mövsümündə azarkeşlərin böyük rəğbətini qazanan Savonun oktyabr ayından tez komandaya kömək edə bilməyəcəyi vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest