Londonun "Arsenal" və "Nyukasl" klubları braziliyalı yarımmüdafiəçi Bruno Qimaraynsın keçidi ilə bağlı danışıqların yekun mərhələsindədir.

Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Nikolo Skira "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, sövdələşmənin məbləği 90 milyon avro təşkil edəcək. Müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Hazırda transferin son detallarının rəsmiləşdirilməsi üçün yekun danışıqlar aparılır. London klubunun oyunçunun transferinə tam əmin olduğu vurğulanır.

2025/2026 mövsümündə Qimarayns bütün turnirlərdə 41 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Klubu ilə cari müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Futbolçunun dəyəri "Transfermarkt" portalıda 70 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest