03 Avqust 2026, 09:52
FUTBOL
Klublararası dünya çempionatının 2029-cu ildə keçirilməsi təhlükə altındadır.
Matc.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.
Bildirilir ki, turnir FİFA-nın aparıcı Avropa klubları ilə iştirak barədə razılıq əldə edə bilməməsi səbəbindən baş tutmaya bilər.
Qeyd olunur ki, ev sahibi ölkə hələ seçilməyib. Avstraliya, Yeni Zelandiya, Braziliya, Almaniya, Meksika və İngiltərə təşkilatçılığa maraq göstərsə də, ən real namizədlər Qətər və ya ABŞ hesab olunur.
Xatırladaq ki, 2025-ci il turniri ABŞ-da 14 iyun - 13 iyul tarixlərində 32 komandanın iştirakı ilə keçirilib. Qalib finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən "Çelsi" olub.













