15 Avqust 2026, 14:06
FUTBOL
İngiltərənin "Brentford" klubu 18 yaşlı yarımmüdafiəçi Darvin Quaquanın transferi ilə bağlı Ekvadorun "İndependiente del Valye" klubu ilə şifahi razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klublar artıq müqavilənin əsas şərtlərini razılaşdırıblar. Yaxın vaxtlarda tərəflər lazımi sənədləri rəsmiləşdirməli və rəsmi imzaları atmalıdırlar.
Quaqua "İndependiente del Valye"nin yetirməsidir və mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. 2025/26 mövsümündə 18 yaşlı ekvadorlu əsas komandanın heyətində 20 matç keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.













