Sebastyan Pokonyoli Şotlandiya millisinin yeni baş məşqçisi təyin edilib.

"Matc.az" xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyası məlumat yayıb.

Bildirilir ki, belçikalı mütəxəssis ilə 2 illik müqavilə imzalayıb. Onun son iş yeri "Monako" klubu olub.

O, 2025/26 mövsümünün sonunda Fransa klubundan ayrılıb.

Buna qədər Sebastyan "Yunion" klubunda, həmçinin "Genk"in və Belçika millisinin gənclər komandalarında çalışıb.

O, bu postda 2019-cu ildən bəri Şotlandiya yığmasına rəhbərlik edən Stiv Klarkı əvəzləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest