15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

Matc.az xəbər verir ki, millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 turnirdə əvvəlki oyunlarını Qazaxıstan (1:2) və Rusiya (0:13) yığmalarına qarşı keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest