"Yuventus" klubu "Bolonya"nın mərkəz müdafiəçisi Con Lukumini heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı kolumbiyalı futbolçu "byankoneri"yə keçib. O, 2029/30 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Transfer məbləği 19,5 milyon avro təşkil edib. Bu məbləğ üç maliyyə ili ərzində ödəniləcək.

Qeyd edək ki, Lukumi 2022-ci ildən "Bolonya"da çıxış edirdi. O, komandanın heyətində 152 matça çıxıb, bu oyunlarda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest