UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçirilib. Monakoda baş tutan tədbirdə turnirin yeni formatına uyğun olaraq 36 komandanın rəqibləri müəyyənləşib.

Matc.az xəbər verir ki, püşkatma nəticəsində tarixində ilk dəfə turnirin əsas mərhələsində mübarizə aparacaq "Sabah"ın rəqiblərinin adına da aydınlıq gəlib.

Təmsilçimiz "Barselona", "Borussiya" (Dortmund), "Napoli" və "Slaviya" (Praqa) ilə evdə, "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vinkinq" komandaları ilə isə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, Liqa mərhələsinin ilk oyunları sentyabrın 8-də başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest