İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson özünün "Həyatımın oyunları" kitabında klubun yeni stadionunun tikintisi barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.
Təcrübəli mütəxəssis kitabında bu məsələyə toxunaraq maraqlı fikirlər səsləndirib:
"Zaman-zaman ölüm haqqında düşünürəm. "Yunayted" "Old Trafford"un əvəzinə möhtəşəm yeni stadion tikmək planlarını elan edəndə qeyri-ixtiyari olaraq özümə sual verdim: bu hadisəni bayram etmək üçün o günə qədər yaşayacağammı?
"Ümid edirəm ki, tikinti yaxın vaxtlarda başlayacaq. Çünki proses 5 il uzansa, mənim artıq 90-a yaxın yaşım olacaq. Hər halda, bilirəm ki, bu və ya digər şəkildə açılış mərasimində iştirak edəcəyəm – ya şəxsən, ya da ruhən", – deyə Ferqyuson qeyd edib.













