PSJ klubu iki əsas futbolçusuna – hücumçu Usman Dembele və müdafiəçi Nunu Mendeşə əlavə istirahət verilməsi barədə qərar qəbul edib. Bu addım komandanın baş məşqçisi və Paris nəhənginin idman rəhbərliyi ilə tam razılaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oyunçular ümumi qrupda tam məşqlərə yalnız həftəsonu bərpa edəcəklər. Mendeş və Dembele məşq prosesinə şənbə və bazar günləri (10-11 oktyabr) qayıdacaqlar.
Bununla belə, parislilərin tibbi heyəti futbolçularda hər hansı zədə və ya sağlamlıq problemi barədə məlumat verməyib.
Xatırladaq ki, cari mövsümdə Usman Dembele rəhbərlikdən artıq belə bir istirahət alıb. Avqustun 28-də "Qızıl top"un hazırkı sahibi 6 günlük istirahət qazanaraq Liqa 1-in II turunun "Lill"ə qarşı səfər oyununu (2:2) buraxıb.













