"Fənərbaxça"da Kərəm Aktürkoğlu problemi yaşanır. Türkiyə millisinin futbolçusu bu mövsüm çıxış etdiyi 12 rəsmi matçda qol vura bilməyib.
Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu bu mövsüm komandada gözləntilərdən olduqca uzaq qalıb.
Son olaraq "Rizəspor" qarşılaşmasında forma geyinən ulduz futbolçu əlinə düşən əlverişli fürsətləri dəyərləndirə bilməyib. Boşa verdiyi qol epizodları ilə diqqət çəkən Kərəm Aktürkoğlu göstərdiyi performansla məyusluq yaradıb.
Keçən mövsüm Türkiyə Superliqasındakı ilk qolunu 12-ci turda vuran oyunçu bu mövsüm qol vurmaqda çox çətinlik çəkir.
Klub rəhbərliyi Kərəm Aktürkoğlunun uzun müddətdir qol vura bilməməsi və üzərindəki psixoloji təzyiqi nəzərə alaraq transfer planlarında dəyişiklik etmək qərarına gəlib. Baş məşqçi heyətdə alternativ variantları sınamaq məqsədilə növbəti matçlarda Oğuz Aydın planını dövriyyəyə buraxmağı və cinah hücumunda ona daha çox şans verməyi düşünür.
Həmçinin texniki heyətin Aktürkoğlunun formasını bərpa etməsi üçün onunla fərdi olaraq yaxından maraqlanacağı vurğulanır.













