"Real"ın baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında "Betis" və "Barselona" arasında keçirilən oyundakı hakimliyi istehza ilə şərh edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Portuqaliyalı mütəxəssis baş verənlərə təəccüblənmədiyini gizlətməyib: "Həmin axşam mən "Bavariya" – "Leypsiq" matçına baxırdım... Sonradan Sevilyada baş verən hər şey barədə mənə danışdılar, lakin açığı, ümumiyyətlə təəccüblənmədim! Ofisdə növbəti adi iş günü idi".
Qeyd edək ki, qarşılaşmanın 54-cü dəqiqəsində hesab 2:3 olarkən "Betis"in yarımmüdafiəçisi Fakundo Bernal Lamin Yamalla baş verən qarşıdurma zamanı "Barselona"nın hücumçusuna başla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.













