Kriştiano Ronaldo Portuqaliya Futbol Federasiyası (FPF) tərəfindən 30 gün müddətinə diskvalifikasiya edilib.
Matc.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçu komandanın məşq düşərgəsini tərk etdiyi üçün əlavə olaraq 255 avro məbləğində cərimə də ödəyəcək.
Ronaldo, baş məşqçi Jorje Jezuşun aralarında heç bir münaqişə olmadığı barədə bəyanatlarına baxmayaraq, Millətlər Liqasının 3-cü turunun Danimarka ilə matçından (4:2) əvvəl millinin düşərgəsini tərk edib.
Həmçinin Jezuşun hücumçu ilə barışıq görüşünə razılıq verdiyi bildirilirdi.
Ronaldo 2003-cü ildən Portuqaliya millisinde çıxış edir. Hücumçu milli komandanın heyətində 2016-cı ilin Avropa çempionu olub və ikiqat Millətlər Liqasının qalibidir.













