FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyununu idarə edəcək. Matc.az xəbər verir ki, azərbaycanlı hakim noyabrın 16-da Qazaxıstan və Slovakiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, İnqilab Məmmədov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Nicat İsmayıllı VAR hakiminin köməkçisi, avstriyalı Alan Kiyas isə VAR hakimi olacaq.

Qeyd edək ki, Astana şəhərindəki "Astana Arena"da keçiriləcək Qazaxıstan – Slovakiya görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest