Onlar çəkilişi yarımçıq saxlayaraq İkardinin evinə yollanıblar. Burada keçmiş həyat yoldaşları arasında mübahisə yaranıb.

Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara futbolçunun hazırkı sevgilisi, argentinalı aktrisa və müğənni Çina Suareslə İkardinin evinin qarşısında mübahisə edib. Qarşıdurma zamanı tərəflər bir-birini təhqir edib, Nara isə Suaresə hədə-qorxu gəlib.
 
Hadisə İkardinin böyük qızı ilə bağlı yaranan qalmaqaldan sonra baş verib. Məlumata görə, futbolçu qızını danlayıb, ona zərbə endirib. 11 yaşlı uşaq sosial şəbəkə vasitəsilə kömək istəyib. Bundan sonra İkardinin evinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. Hazırda futbolçu qızına yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur.
 
Hadisə baş verən zaman Vanda Nara yeni sevgilisi, sahibkar Martin Migeslə televiziya verilişinin çəkilişində olub. Onlar çəkilişi yarımçıq saxlayaraq İkardinin evinə yollanıblar. Burada keçmiş həyat yoldaşları arasında mübahisə yaranıb. Miges də qarşıdurmaya müdaxilə edərək İkardiyə sərt ifadələr ünvanlayıb.
 
Infobae nəşrinin məlumatına görə, Nara ilə Suares arasında da gərgin dialoq yaşanıb. Puro Show verilişi tərəflərin mübahisəsi zamanı səsləndirdiyi ifadələrin audioyazısını yayımlayıb. Nara rəqibini təhqir edərək onun İkardinin yanına yalnız pul üçün gəldiyini iddia edib və “Səni lənətə gəlmiş fahişə, bura ancaq pula görə gəlmisən. Ucuz fahişə, əxlaqsız qadın kimi davranırsan. Səni öldürərəm!” deyə hədələyib. Suares isə bu sözlərə “Kimi öldürməyi planlaşdırırsan?” cavabını verib.
 
Verilişin iştirakçılarından biri tərəflər arasındakı münasibətlərin uzun müddətdir gərgin olduğunu və hər iki tərəfin mümkün münaqişələri qeydə aldığını bildirib.
 
Qeyd edək ki, Mauro İkardi ilə Vanda Naranın 2015 və 2016-cı illərdə dünyaya gəlmiş iki qız övladı var. Naranın keçmiş futbolçu Maksi Lopeslə əvvəlki evliliyindən isə daha üç övladı var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest