“Barselona” klubu stadionunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün 300 milyon avro məbləğində istiqraz buraxılışını yekunlaşdırıb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi bu vəsaiti “Kamp Nou” stadionunun yenidən qurulması və modernləşdirilməsi işlərinə yönəldəcək.

Klubun açıqlamasına əsasən, maliyyələşdirmə layihənin növbəti mərhələsinin həyata keçirilməsinə imkan verəcək.

Qeyd edək ki, “Barselona” stadionun yenilənməsi ilə bağlı genişmiqyaslı layihə həyata keçirir. Yenidənqurmadan sonra arenanın tutumunun artırılması və müasir infrastruktura uyğunlaşdırılması nəzərdə tutulur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest