AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasını UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn üzərində qazanılan qələbə münasibətilə təbrik edib. Matc.az xəbər verir ki, AFFA rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, millimizin səfərdə qazandığı qələbə ilə D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdiyini vurğulayıb.

“Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!” – deyə Rövşən Nəcəf bildirib.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan qarşılaşması yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu 26-cı dəqiqədə Mahir Emreli vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest