“Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı qalmaqalı yeni mərhələyə qədəm qoyub. Matc.az xəbər verir ki, “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem” klublarının İngiltərə çempionuna qarşı hüquqi iddia hazırladığı bildirilir. 
 
“Arsenal” da bu prosesdə ayrıca hüquqşünaslarla təmsil olunur. “The Guardian”ın məlumatına görə, klublar mümkün maliyyə itkilərinə görə kompensasiya tələb etmək niyyətindədirlər. İddianın ümumi məbləğinin yüz milyonlarla funt sterlinq ola biləcəyi vurğulanır. Rəqib klublar bu məqsədlə Londonda fəaliyyət göstərən Wiggin hüquq şirkətinin xidmətlərindən istifadə edirlər. “Arsenal” isə HFS Kramer hüquq şirkəti ilə əməkdaşlıq edir. 
 
Bu addım “Mançester Siti” ətrafındakı maliyyə qalmaqalının yalnız idman sanksiyaları ilə məhdudlaşmayacağını göstərir. Qarşıdakı dövrdə İngiltərə futbolunu ciddi hüquqi mübarizə gözləyə bilər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest