“Turan”ın voleybolçuları Kenia Karkases və Vilma Salas CEV Çempionlar Liqasının Liqa mərhələsində “Skandiççi”yə qarşı keçirilən qarşılaşmanı şərh ediblər. Matc.az xəbər verir ki, Kenia Karkases İtaliyaya qayıtmağın onun üçün xüsusi olduğunu bildirib.

Təcrübəli voleybolçu görüşdə daha çox oynamaq istədiyini, lakin komandaya kömək etmək üçün növbəti şansını gözlədiyini vurğulayıb:

“Yenidən İtaliyada olduğum üçün çox xoşbəxtəm. Daha çox oynamaq istərdim, buna görə bir qədər məyusam. Amma öz şansımı gözləyirəm və komandama kömək etmək üçün çox həvəsliyəm. Matçın çətin olacağını düşünürdüm, lakin bir set qazana bildik. Bu, bizim üçün çox şey deməkdir”.

Komandanın digər üzvü Vilma Salas isə məğlubiyyətə baxmayaraq, “Turan”ın mübarizəsindən razı qaldığını söyləyib: “Məğlub olsaq da, yaxşı oyun keçirdik. Komanda olaraq yaxşı iş gördüyümüzü düşünürəm. “Skandiççi” çox güclü, istedadlı oyunçulardan ibarət komandadır. Buna baxmayaraq, geri dönüş edə bildik və sona qədər əlimizdən gələni etdik”.

Qeyd edək ki, “Turan” İtaliyada keçirilən qarşılaşmada “Skandiççi”yə 1:3 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi görüşün üçüncü setində 25:20 hesablı qələbə qazanaraq Çempionlar Liqasının əsas mərhələsində ilk setini əldə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest