26 Noyabr 2026, 21:57
TOP OYUNLARI
"Daha çox özümüzə inanmalı, inamlı olmalı və pozitiv enerji ilə çıxış etməliyik. Bunun yeganə yolu çox çalışmaqdır"
“Skandiççi”nin baş məşqçisi Marko Qaspari CEV Çempionlar Liqasının Liqa mərhələsində “Turan” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının çıxışından tam razı qalmadığını bildirib.
O, xüsusilə qarşılaşmanın gedişində voleybolçuların psixoloji vəziyyətinə və özünəinamına diqqət çəkib: “Komandanın ətrafında daha pozitiv ab-hava yaratmalıyıq. Güclü “Turan”la qarşılaşdığımız çətin setdən sonra belə, mənfi fikirlərə köklənmək düzgün deyil. Daha çox özümüzə inanmalı, inamlı olmalı və pozitiv enerji ilə çıxış etməliyik. Bunun yeganə yolu çox çalışmaqdır”.
Qeyd edək ki, “Skandiççi” – “Turan” görüşü İtaliyada keçirilib və meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.













