Braziliyanın “Vasko da Qama” klubunun hücumçusu David Korrea da Fonseka həbs olunub.

Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu Espirito-Santu ştatının Mülki Polisi tərəfindən aparılan istintaq çərçivəsində şübhəli bilinir.

İstintaq mütəşəkkil cinayətkar dəstə yaratmaq, narkotik və silahların ştatlararası qanunsuz dövriyyəsi, eləcə də çirkli pulların yuyulması ilə bağlıdır. Futbolçu “A Tropa” adlı əməliyyat çərçivəsində araşdırmaya cəlb edilib.

Braziliya mətbuatının məlumatına görə, David Rio-de-Janeyronun Jakarepaqua bölgəsində yerləşən “Vasko”nun məşq bazasında saxlanılıb. Həbs qərarı Espirito-Santu ştatının Serra şəhərinin 5-ci Cinayət Məhkəməsi tərəfindən verilib. Qərarı Rio-de-Janeyronun 14-cü Polis İdarəsinin əməkdaşları icra ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest