PSJ qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır. Paris təmsilçisi hücum xəttindəki itkilər səbəbindən yeni futbolçuların transferi üzərində işləyir.
Matc.az xəbər verir ki, Fransa klubunun maraq dairəsində “Atletik”in ispaniyalı vingeri Nik Uilyams da var.
PSJ-nin idman məsələləri üzrə müşaviri Luis Kampos komandanın qış transfer pəncərəsində fəaliyyət göstərə biləcəyini istisna etməyib. O, Xviça Kvaratsxeliya və Dezire Due kimi əsas futbolçuların yoxluğunun komandaya ciddi təsir etdiyini bildirib.
Kampos sosial şəbəkə hesablarında paylaşdığı açıqlamada bunları qeyd edib:
“Nə istədiyimizi bilirik və bu, bizə inam verir. Öz işimizi görmüşük, prezidentin, baş məşqçinin və əməkdaşlarımızın fikirlərini dinləmişik. Qorxmadan irəliləyirik. Kvara və Due kimi komandamızın əsas oyunçularını itirmək, şübhəsiz ki, problemdir. Ancaq yolumuza davam edirik”.








_1696434000.jpg)




