Qarşılaşmanın 5-ci dəqiqəsində Florian Virtsin ötürməsini qola çevirən Dominik Soboslai “Liverpul”u önə keçirib. 25-ci dəqiqədə isə qonaqların futbolçusu Ceremi Frimponq avtoqol müəllifi olub
İngiltərə Premyer Liqasının XII turunda “Liverpul” və “Everton” komandaları üz-üzə gəlib.
Matc.az xəbər verir ki, Mersisayd derbisi 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmanın 5-ci dəqiqəsində Florian Virtsin ötürməsini qola çevirən Dominik Soboslai “Liverpul”u önə keçirib. 25-ci dəqiqədə isə qonaqların futbolçusu Ceremi Frimponq avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Liverpul” turnir cədvəlinin 4-cü pilləsində qalıb. Komanda bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 4-ə yüksəldib. 17 xalı olan “Everton” isə 8-ci sıraya qalxıb.








_1696434000.jpg)




