29 Noyabr 2026, 15:35
FUTBOL
“Əl-Nəsr”in yarımmüdafiəçisi Joau Feliks Kriştiano Ronaldonun Portuqaliya millisindəki gələcəyi və yığmadan ayrılması ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, Ronaldonun millidəki dövrünün başa çatmasını qəribə qarşıladığını bildirib.
Feliks 40 yaşlı hücumçunun ölkə futbolu tarixindəki yerinin əvəzolunmaz olduğunu vurğulayıb: “Kriştianonun milli komandadakı dövrünün başa çatdığını görmək qəribə hissdir. Biz Portuqaliya millisinin oyunlarına baxanda avtomatik olaraq onu görməyə alışmışdıq. İndi isə o, komandada yoxdur. Bununla belə, insanlar onun gedişindən sonra da Ronaldonu xatırlamağa davam edəcəklər. O, həmişə Portuqaliya tarixinin ən böyük futbolçusu hesab olunacaq. Düşünürəm ki, kiminsə onu geridə qoyması çox çətin olacaq”.
Qeyd edək ki, Portuqaliya futbolu tarixinin ən məhsuldar oyunçusudur.









_1696434000.jpg)



