29 Noyabr 2026, 15:56
DİGƏR
Estoniyanın baş naziri Kristen Mixal Rusiya idmançılarının Avropa İttifaqı ölkələrində keçirilən yarışlarda iştirakına qadağa qoyulmasını təklif edib. Matc.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Baş nazir hesab edir ki, Rusiya idmandan siyasi məqsədlər üçün istifadə edir və beynəlxalq yarışlarda iştirak ölkənin imicinin gücləndirilməsinə xidmət edir. Onun fikrincə, rusiyalı idmançıların milli bayraq və rəsmi simvollar altında çıxışına məhdudiyyət qoyulmalıdır.
Məsələ Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketi çərçivəsində müzakirə olunur. Avropa Komissiyası Rusiya və Belarus idmançılarının milli simvollarla yarışlarda iştirakına qadağa təklif edib. Bu qərarın qüvvəyə minməsi üçün İttifaqın 27 üzv ölkəsinin hamısının razılığı tələb olunur.
Beynəlxalq Olimpiya Komitəsinin Rusiyanın 2028-ci il Los-Anceles Olimpiadasına qayıdışına yol aça biləcək qərarları da müzakirələrin əsas mövzularındandır.









_1696434000.jpg)



