“İlk növbədə, “Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik və qələbəni rəqibə hədiyyə etmiş olduq. İkinci hissənin əvvəlində qapıçımız qırmızı vərəqə aldı. Belə ciddi liqada bir nəfər azlıqda oynamaq çətindir. Bunun nəticəsində daha bir qol buraxdıq"

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Premyer Liqanın XIII turunda “Şamaxı”ya 0:2 hesablı məğlubiyyəti şərh edib.

Matc.az xəbər verir ki, mütəxəssis komandasının kobud səhvlərə yol verdiyini və qapıçının qırmızı vərəqə almasının oyunun nəticəsinə təsir etdiyini bildirib.

O, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib:

“İlk növbədə, “Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik və qələbəni rəqibə hədiyyə etmiş olduq. İkinci hissənin əvvəlində qapıçımız qırmızı vərəqə aldı. Belə ciddi liqada bir nəfər azlıqda oynamaq çətindir. Bunun nəticəsində daha bir qol buraxdıq.

Birinci hissədə bir neçə qol imkanımız var idi. Oyunun sonlarına yaxın da fərqlənmək üçün fürsətlər qazandıq. Lakin qırmızı vərəqə bizi çətin vəziyyətə saldı.

Futbolçularla heç bir problemim yoxdur. Sadəcə, belə məğlubiyyətdən sonra onlar da əsəbi olurlar. Əvəzlənən futbolçunun gəlib mənimlə görüşməsi məcburi deyil. Bu, mənim üçün önəmli məsələ deyil.

Azərbaycan Kubokunda “İmişli” ilə qarşılaşmaya maksimum dərəcədə hazırlaşacağıq. Məqsədimiz qalib gəlməkdir. Ardıcıl dörd oyunumuzun hamısının səfərdə keçirilməsi asan deyil. “Zirə”, “Şəfa”, “Şamaxı” və “İmişli” ilə qarşılaşacağıq. Bunu bəhanə kimi demirəm. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest