Gələn həftə Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçiriləcək. Matç.az xəbər verir ki, UEFA II dövrənin startı ərəfəsində bütün qruplardakı durumu təhlil edib, qarşıdakı görüşlərin bəzi komandalar üçün həlledici olduğunu açıqlayıb.
Belə ki, 21 komandanın taleyi artıq gələn həftə dəqiqləşə bilər. Onlardan 10-u 1/16 finala vəsiqəni, 11-i isə qrupda qalmağı rəsmiləşdirməyə yaxındı.
Azərbaycan çempionu "Qarabağ"ı saymasaq, 10 komanda tur adlamaq, digər "onluq" qrupda qalmamaq üçün mübarizə aparacaq. Təmsilçimizin yer aldığı E qrupunda iki komanda üçün tur həlledici ola bilər.
Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qorumaq üçün mütləq xal qazanmalıdı. Poltavada "Vorskla"ya uduzsa, təmsilçimiz üçün son iki tur formal olacaq.
"Qarabağ"ın xal qazanması təkcə özünə lazım olmaya bilər. Belə ki, Azərbaycan çempionunun uduzmaması "Arsenal"ın işinə yarayacaq. Əgər London klubu özü qalib gəlməsə, Ağdam təmsilçisinin qazanacağı xal hesabına 1/16 finala yüksələcək.
Avropa Liqası
IV tur
G qrupu
Qarşıdakı tur heç bir komanda üçün həlledici deyil.
H qrupu
"Ayntraxt" qalib gəlsə və ya heç-heçə edib, "Marsel"in xal itkisini görsə, 1/16 finala adlaycaq.
"Latsio" qalib gəlsə, "Apollon" da xal itirsə, italiyalılar turu keçəcək.
"Marsel" uduzsa, qrupda qalacaq.
"Apollon" uduzsa, "Latsio" qalib gəlsəə, kiprlilər qrupda qalacaq.
İ qrupu
Qarşıdakı tur heç bir komanda üçün həlledici deyil.
J qrupu
"Akhisar" uduzsa, qrupda qalacaq.
K qrupu
Qarşıdakı tur heç bir komanda üçün həlledici deyil.
L qrupu
"çelsi" qalib gəlsə, digər oyun heç-heçə bitsə, London klubu 1-ci yeri təmin edəcək.
A qrupu
"Sürix" qalib gəlsə və ya digər oyun heç-heçə bitsə, isveçrəlilər mərhələ keçəcək.
"Bayer" qələbə qazansa, digər matç heç-heçə bitsə, Almaniya klubu turu adlayacaq.
"Lüdoqorets" qalib gəlməsə, "Bayer" qələbə qazansa, Bolqarıstan klubu qrupda qalacaq.
AEK qalib gəlməsə və "Bayer" udsa, yunanıstanlıalr qrupda qalacaq.
B qrupu
"Zalsbuq" qalib gəlsə, "Seltik" xal itirsə və ya avstriyalılar heç-heçə etsə, şotlandiyalılar uduzsa, birincilər turu keçəcək.
"Leypsiq" qalib gəlsə, "Rusenborq" xal itirsə, almaniyalılar 1/16 finala çıxacaq.
"Seltik" uduzsa, "Zalsburq" uduzmasa, şotlandiyalılar qrupda qalacaq.
"Rusenborq" uduzsa, "Leypsiq" xal qazansa və ya sonuncular qallb gəlsə, norveçlilər xal götürsə, sonuncular qrupda qalacaq.
C qrupu
"Bordo" uduzsa, "Slaviya" qalib gəlsə, Fransa təmsilçisi 1/16 final şansını itirəcək.
D qrupu
"Dinamo" qalib gəlsə, "Fənərbaxça" xal itirsə, Zaqreb klubu 1-ci yeri təmin edəcək.
"Anderlext" uduzsa, qrupda qalacaq.
E qrupu
"Arsenal" qalib gəlsə və ya "Vorskla" "Qarabağ"la matçda xal itirsə, İngiltərə klubu 1/16 finala çıxacaq.
"Qarabağ" uduzsa, qrupda qalacaq.
F qrupu
"Betis" qalib gəlsə, "Olimpiakos" xal itirsə, ispaniyalılar 1/16 finalçı olacaq.
"Düdelanj" uduzsa, qrupda qalacaq.