"Atletiko"nun hücumçusu Xulian Alvares növbəti transfer pəncərəsində klubunu dəyişə və karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Qaston Edul məlumat yayıb.

Hazırda argentinalı forvardın transferi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə edən yeganə klub məhz PSJ-dir. Paris klubunun rəhbərliyi artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb və transferin rəsmiləşdirilməsi üçün "Atletiko"nun maliyyə tələblərini yerinə yetirməyə hazır olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu başa çatan mövsümdə Madrid klubunun heyətində bütün turnirlərdə ümumilikdə 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest