25 May 2026, 19:20
FUTBOL
"Ştutqart" mövsümün əvvəlində "Lester"dən icarəyə götürdüyü Bilal El Xannussun transfer hüquqlarına yiyələnib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi mərakeşli hücumameyilli yarımmüdafiəçi üçün İngiltərə klubuna 15 milyon avro təzminat ödəyib. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı Bilal El Xannus başa çatan mövsümdə "Ştutqart"ın heyətində keçirdiyi 44 oyunda 9 qol vurub, 9 qol ötürməsi edib.













