"Mançester Siti"nin futbolçusu Savinyo Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Tottenhem" braziliyalı vingeri transfer etmək istəyir. Artıq Savinyo üçün klublar arasında danışıqlar başlayıb. 22 yaşlı oyunçu London təmsilçisinə keçməyə isti yanaşır. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Rafinya başa çatan mövsümdə "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest