​"Liverpul" İngiltərə Premyer Liqasının son turunda "Brentford"la xalları yarı bölüb (1:1).

Matc.az xəbər verir ki, bu qarşılaşmada "qırmızılar"ın vingeri Məhəmməd Salah məhsuldar ötürmə ilə yadda qalıb. Bu, misirli futbolçunun "Liverpul" forması ilə Premyer Liqa oyunlarında 93-cü qol ötürməsi olub.

​Bununla da Salah klubun daha bir rekordunu qırıb. O, aktivində 92 məhsuldar ötürmə olan Stiven Cerrardı geridə qoyaraq, "Liverpul"un İngiltərə çempionatı tarixindəki ən yaxşı asistenti adına sahib çıxıb.​

Bu siyahıda ilk üçlüyü 64 məhsuldar ötürmə ilə Trent Aleksander-Arnold tamamlayır. Top-5-liyə daxil olan digər oyunçular isə Stiv Makmanaman və Endryu Robertsondur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest