25 May 2026, 23:52
FUTBOL
"Atalanta" baş məşqçi postu üçün Mauritsio Sarri ilə tam razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
67 yaşlı mütəxəssis artıq klubun təklifini qəbul edib və tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar. Sarrinin mövsümöncəsi hazırlıq prosesi başlamazdan əvvəl rəsmi olaraq komandada işə başlayacağı gözlənilir.
Təcrübəli məşqçi bu vəzifədə cari mövsümün başa çatmasından sonra "Atalanta"dan ayrılacaq Raffaele Palladinonu əvəzləyəcək.













