AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Komitə Premyer Liqanın II turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. "Sabah"la oyunda qırmızı vərəqə alan "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli 1 oyun cəzalanıb.

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, komitə Premyer Liqanın II turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

"Sabah"la oyunda qırmızı vərəqə alan "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

"Zirə" – "Neftçi" matçında birincilərin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozub. Bu, onun 1 oyunluq diskvalifikasiya edilməsinə və bakılıların 800 manat cərimələnməsinə səbəb olub.

"Sumqayıt" – "Səbail" görüşündən sonra isə ev sahiblərinin prezidenti Riad Rəfiyev və baş məşqçisi Ayxan Abasov hakimin qərəzli idarəçiliyi haqda fikirlər bildirib. İntizam Komitəsi hər iki şəxsə ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, onlar İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest