03 İyun 2025, 14:16
MPL
"Universitatye"dən (Kluj) ayrılan Lukas Masoero Azərbaycanda çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə Rumıniyanın "gsp.ro" saytı məlumat yayıb.
"Neftçi" azad agent statusunda olan argentinalı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Lakin Bakı təmsilçisinin 30 yaşlı futbolçu ilə müqavilə imzalaması elə də asan görünmür.
Təcrübəli oyunçu ilə Türkiyə Super Liqasından "Fatih Karagümrük", "Gənclərbirliyi" və "Qaziantep" maraqlanır. Masoeroya Birləşmiş Ərəb Əmirliklərindən də təklif var.
Qeyd edək ki, Lukas Masoero başa çatan mövsümdə "Universitatye"nin heyətində keçirdiyi 36 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.