 
 
	İtaliyanın "Parma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, "Udineze"nin müdafiəçisi Cüzeppe Petselyanı icarəyə götürüb.
	Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. A Seriyası təmsilçisi italiyalı futbolçunu 1 illik icarəyə götürüb. Mövsümün sonunda "Parma" Petselyanın transfer hüquqlarına da sahib ola bilər.
	İtaliyanın U-21 yığmasının üzvü olan sol cinah müdafiəçisi "Palermo"nun yetirməsidi. O, 2017-ci ildən "Udineze"də çıxış edir. Geridə qalan mövsümdə gənc futbolçu "Cenoa"da icarədə olub.
				
         	
                                             
               
 
             
 















