Bu həftə Azərbaycan Premyer Liqasında III turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində "Zirə" "Sabah"la görüşəcək.

Bu, iki komanda arasında ölkə çempionatlarındakı 5-ci matç olacaq. "Zirə" "Sabah"la yalnız ötən mövsümdə üz-üzə gəlib. Həmin çempionatda rəqiblər 4 dəfə qarşılaşıblar. "Zirə"nin ev oyunlarında 2, səfər matçlarında 3 qol qeydə alınıb.

"Qartallar" bu görüşlərdə 1 qələbə qazanıb və 3 dəfə uduzub. 4 qol vuran zirəlilər 6 top buraxıb. Evdəki qarşılaşmalarda xal qazanmayan qəsəbə təmsilçisi qol da vurmayıb. Sabah Zirə İdman Kompleksinin stadionundakı oyun komandanın "Sabah"la 3-cü ev görüşü olacaq.

Bu duellərdə yeganə böyükhesablı qələbə "Zirə"nin hesabındadı. Qəsəbə təmsilçisi son görüşdə rəqibinin qapısından üç cavabsız top keçirib. Komandanın bu oyunlardakı bombardiri Xulio Sezar Rodriges həmin matçda dubla imza atıb.

Qeyd edək ki, "Zirə"nin mövsümdəki ilk ev oyunu saat 20:30-da başlayacaq.

 

"Zirə" – "Sabah": Bütün oyunlar

2018/19 mövsümü

25.08.2018. "Zirə" – "Sabah" – 0:2

Marko Deviç, 2, 30

27.10.2018. "Sabah" – "Zirə" – 2:1

Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

02.02.2019. "Zirə" – "Sabah" – 0:2

Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68

11.05.2019. "Sabah" – "Zirə" – 0:3          

Xulio Sezar Rodriges, 38, 81; Robin Nqalande, 69

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest