30 Avqust 2019, 14:38
MPL
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasında II turunun ən yaxşı futbolçusu məlum olub. Matc.az saytı xəbər verir ki, bu, "Qarabağ"ın müdafiəçisi Ailton Silvadı.
Braziliyalı futbolçu "Qəbələ"yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və 318 göstəriciyə imza atıb.
Silva həmçinin turun simvolik komandasına da düşüb.