Azərbaycan Premyer Liqasında IV turun oyunlarının təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası görüşləri idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Azərbaycan derbisi sayılan "Qarabağ" – "Neftçi" görüşü FIFA referisi Əliyar Ağayevə həvalə edilib.
Turun digər matçları isə gənc referilərə tapşırılıb.
Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)
18:00. "Sumqayıt" – "Zirə"
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Kapital Bank Arena"
20:00. "Sabah" – "Qəbələ"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena"
15 sentyabr (bazar)
18:00. "Keşlə" – "Səbail"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bakcell Arena"
20:30. "Qarabağ" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu