"Fasilədə həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan vəziyyəti düşünməyə çalışdıq. Qısa müddətdə yanaşma dəyişdi. Sabiq baş məşqçi Sənan Qurbanov uşaqlıqdan bir yerdə oynadığım, daha sonra birgə çalışdığım şəxsdi".
"Sabah" yaxşı oyunçulardan təşkil olunmuş komandadı. Bizim üçün asan olmadı".
Matc.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşiyev Premyer Liqanın IV turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
"Qəbələ"nin sükanı arxasında debüt edən 39 yaşlı mütəxəssis bildirib ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə komandası üçün faydalı olub: "Fasilədə həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan vəziyyəti düşünməyə çalışdıq. Qısa müddətdə yanaşma dəyişdi. Sabiq baş məşqçi Sənan Qurbanov uşaqlıqdan bir yerdə oynadığım, daha sonra birgə çalışdığım şəxsdi. Sabah necə olacaq, heç kim bilmir. Futbolçuları inandırmağa çalışdıq ki, heç kimdən zəif deyilsiniz".